Fatinin zədə problemi davam edir

“Brayton”un hücumçu Ansu Fati premyer liqanın 13-cü turunda “Nottingem Forest”lə qarşılaşmada (3:2) əzələsindən zədə alıb.

Allsport.az xəbər verir ki, futbolçu meydana əsas heyətdən çıxsa da, 21-ci dəqiqədə məcburi əvəzlənməli olub. Hazırda zədənin ciddiliyi məlum deyil.

Fati İngiltərə klubunda 14 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan