Federasiyanın yeni prezidenti ola bilər

Federasiyanın yeni prezidenti ola bilər

İtaliya futbolunda idarəetmə böhranı yaşana bilər.

Allsport.az xəbər verir ki, ölkənin futbol federasiyasının (FİGC) prezidenti Covanni Malaqo iyunda keçirilən seçkilərdə qazandığı qələbədən bir neçə ay sonra vəzifəsini itirmək riski ilə üzləşib.

Malaqonun seçkilərdəki qələbəsinin ləğvi tələb olunur.

Buna səbəb kimi apellyasiya müəlliflərinin diqqət çəkdiyi hüquqi ziddiyyət göstərilir. Bildirilir ki, səsvermə zamanı Malaqo formal olaraq FİGC-nin qeydiyyatda olan üzvü olmayıb. O, uzun illər ərzində İtaliyada bütün idman növlərinə cavabdeh olan İtaliya milli olimpiya komitəsinə (CONİ) rəhbərlik edib.

Mövcud vəziyyətdə Malaqonun istefasının gözlənildiyi qeyd olunur. İddialara görə, oktyabrın 6-dan 10-dək, milli komandaların oyunlarından dərhal sonra FİGC müvəqqəti olaraq xüsusi komissarın idarəçiliyinə verilə bilər.

Onun əsas vəzifəsi yeni prezident seçkilərinin keçirilməsi üçün şərait yaratmaq olacaq. Bu halda İtaliya futbolunda federasiyaya rəhbərlik etmək üçün namizədlər arasında Adriano Qallianinin də adı çəkilir.

Həmin kateqoriyadan