Fidan Rüstəmli: Məni idman nazirliyində iş mühiti qane etmədi, zatən ayrılmaq niyyətindəydim

Allsport.az saytında dərc olunan “İdman nazirliyində böhran davam edir. Fərid Qayıbovun müşaviri hansı səbəbə işdən qovuldu?” başlıqlı yazı ilə bağlı nazirin keçmiş müşaviri Fidan Rüstəmli redaksiyamızla əlaqə saxlayıb.

O, maliyyə pozuntusu ilə əlaqədar barəsində yayılan xəbərlərin doğru olmadığını deyib. Sitat: “Mən nazirlikdə işlədiyim müddətdə təmiz və dürüst olmuşam, əlimdən gəldiyi qədər də hər kəsə yaxşılıq etməyə çalışmışam. Maliyyə məsələsiylə, ümumiyyətlə məşğul olmamışam.

Nəinki o nazirlik, həyatım boyu işimdə nöqsana yol verməmişəm. Ordan ayrılma səbəbim isə, mənə nazirliyin tabe qurumunda iş təklif etdilər. Qəbul etməyib, ərizəmi yazdım. Məni iş mühiti qane etmədi, zatən ayrılmaq niyyətindəydim. Sonuncu təklifləri isə, mənə uyğun olmadı”.

Sözü gedən xanım gənclər və idman nazirliyində aparat rəhbəri də olub, amma sonra o işdən də ayrılıb. Rüstəmli, buna belə aydınlıq gətirib: “İstəmirdim. Mən hüquqşünasam, böyük vəzifələrdə gözüm yoxdur. Başımı aşagı salıb, hüquqi işlərimi görmək istəyirdim. Bitdi. Mənim heç nədən qorxum yoxdur. Həyatım boyu bir adamdan bir manat pul götürməmişəm”.

Həmin kateqoriyadan