FİFA-dan 2,25 milyardlıq yatırım

Beynəlxalq futbol federasiyası (FİFA) idmanın inkişafı üçün nəzərdə tutulan investisiyaları təsdiqləyib.

Allsport.az xəbər verir ki, təşkilatın saytında verilən məlumata görə, FİFA şurasının yekunlarına əsasən, 2023-2026-cı illər üçün 2,25 milyard dollar məbləğində investisiyalar təsdiq edilib.

Bu, 2016-cı ilə qədər fəaliyyət göstərən inkişaf proqramları ilə müqayisədə sərmayənin təxminən yeddi dəfə artması deməkdir.

Həmin kateqoriyadan