FİFA xarici klublara ABŞ-da rəsmi oyunlar keçirməyə icazə verə bilər

FİFA və ABŞ-ın idman promouteri Relevent, Avropanın əsas futbol liqaları və klublarının ABŞ-da rəsmi oyunların keçirilməsinə qadağa qoyulması ilə bağlı hüquqi mübarizəyə son qoymaq üçün razılığa gəliblər.

Allsport.az xəbər verir ki, Relevent və futbolun dünya idarəedici orqanı bazar ertəsi Manhetten federal məhkəməsinə bildirib ki, onlar razılaşmanın iddiada “aralarındakı iddiaları həll etdiyinə” inanırlar.

Bu qərarın Avropa liqasının oyunlarının ABŞ-da keçirilməsi ilə nəticələnəcəyinə zəmanət yoxdur. Bununla belə, Financial Times-a verdiyi açıqlamada Relevent FİFA-nın “oyunların liqanın öz ərazisindən kənarda oynanılması ilə bağlı mövcud qaydalara dəyişiklikləri” nəzərdən keçirdiyini söyləyib.

Həmin kateqoriyadan