Filip Ozobiç: Hesab açılana qədər də qol imkanlarımız oldu

“Qəbələ” premyer liqasının 17-ci turunda AzAL-a 2:0 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçin vurduğu 2 qolla qələbə qazanıb. Komandanın legionçusu qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Asan oyun olmur. AzAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi. Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi.

Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”.

Həmin kateqoriyadan