Filip Ozobiç: Sevinirik ki, lazım olan nəticəni qazandıq

“Qəbələ” Premyer liqanın 12-ci turunda “Zirə” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, çempionatın lideri 1:0 hesabı ilə qalib gələrək, növbəti qələbəsini qazanıb. “Qırmızı-qaralar”a 3 xal qazandıran qolun müəllifi olan Filip Ozobiç matç haqda fikrini klub media əməkdaşına açıqlayıb:

““Zirə” ilə görüşdə qalib gəlmək çox vacib idi. Hər iki komanda üçün çətin oyun oldu. Layiqli qələbə qazansaq da, bu, asan başa gəlmədi. “Zirə”nin yaxşı komanda olduğunu çox yaxşı bilirdik. Rəqibimiz bunu  meydanda da göstərdi. Amma istəyimizə çatıb, lazım olan nəticəni qazandıq. “Qəbələ”də çox yaxşı kollektiv formalaşıb. Biz meydanda vahid komanda, dostlar kimi mübarizə aparırıq.

Bu matçda da belə oldu. Hər oyunçu bacarığının 100 faizini ortaya qoydu və nəticədə 3 xal əldə etdik. Sevinirik ki, lazım olan nəticəni qazandıq. Çempionatdakı növbəti oyunumuz “Qarabağ”a qarşıdır. Bu qələbədən sonra növbəti turun matçına yüksək əhval-ruhiyyədə yollanacağıq. Həmin görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək. “Qəbələ”nin lider mövqeyində qalması üçün bacardığımız hər şeyi edəcəyik. Bu qarşılaşma nə qədər vacib olsa da, həlledici deyil. Çünki qarşıda hələ çox oyun olacaq”.

 

Həmin kateqoriyadan