Final mərhələsinə yüksələn 15 komanda

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 komanda müəyyənləşib.

Belarus və Serbiya isə noyabrın 14-17-də pley-off oyunları keçirəcək. Qalib gələcək milli gücünü final mərhələsində sınayacaq.

Azərbaycan, Bosniya və Hersoqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya qrup lideri, Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna ikinci yerin sahibi və Niderland meydan sahibi kimi finala vəsiqə qazanıblar.

Həmin kateqoriyadan