- Baxış sayı: 38
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

İdman arbitraj məhkəməsi (CAS) 2025-ci il Afrika millətlər kubokunun finalı ilə bağlı iş üzrə dinləmənin tarixini açıqlayıb.
Allsport.az xəbər verir ki, Seneqal futbol federasiyası, Afrika futbol konfederasiyası (CAF) və Mərakeş kral futbol federasiyasının nümayəndələrinin iştirakı ilə dinləmə oktyabrın 8-də CAS-ın Lozannadakı qərargahında keçiriləcək.
Seneqal futbol federasiyası martın 25-də CAF-ın Seneqal yığmasına texniki məğlubiyyət verilməsi və Mərakeşin turnirin qalibi elan olunması barədə qərarından apellyasiya şikayəti verib. Seneqal tərəfi qərarın ləğv edilməsini və milli komandanın Afrika millətlər kubokunun qalibi kimi tanınmasını tələb edir.
Final qarşılaşması zamanı Seneqal futbolçuları qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Daha sonra meydana qayıdan komanda oyunu davam etdirərək qalib gəlib.
Dinləmə qapalı keçiriləcək. Tərəflər işə sürətləndirilmiş qaydada baxılmasını və ya açıq dinləmə keçirilməsini tələb etməyiblər.
CAS yekun qərarın nə vaxt açıqlanacağının hələ müəyyənləşdirilmədiyini bildirib.