Finala yüksələn boksçular müəyyənləşdi 

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Allsport.az xəbər verir ki, 41 komandanın 167 idmançısının iştirakı ilə təşkil edilən yarışın V günündə yarımfinal görüşləri baş tutub.

13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Həmin kateqoriyadan