Finala yüksələnlər və bürünc medalçılar

Gənc boksçulaın Azərbaycan birinciliyi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, 50 komandanın 176 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın V günündə yarımfinal görüşləri baş tutub. 13 çəkidə 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Milli üzvlərindən Elgün Babayev, Amin Məmmədzadə (hər ikisi – 51 kq), Kamil Babayev, Mətin Məmmədov (54 kq), Arif Bayramov (57 kq), Tacı Tağızadə (60 kq), Zaur Qəhrəmanov (63,5), Səid Abdullayev (67 kq), Ənvər Babayev (75 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) çempion titulu uğurunda mübarizəni davam etdirirlər.

Yeniyetmələrdən ibarət yığmadan gənclərə keçid edən Kənan Babayev, Tural Sarıyev (hər ikisi 48 kq), Nadir Məlikov (57 kq) və Sənan Hətəmov (71 kq) da qızıl medal fürsətini qoruyur.

Birincilik fevralın 16-da başa çatacaq. Final döyüşlərinə saat 14:00-da start veriləcək.

Həmin kateqoriyadan