- Baxış sayı: 38
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

Finlandiya futbol assosiasiyası (FFA) ölkənin ukraynalılar assosiasiyası ilə birgə Ukraynaya yardım məqsədilə xeyriyyə kampaniyasına start verib.
Allsport.az xəbər verir ki, yardım üçün xüsusi toplama məntəqəsi Helsinkidəki olimpiya stadionunda sentyabrın 29-da fəaliyyət göstərib.
Analoji aksiya oktyabrın 3-də də təşkil olunacaq. Yığılan maliyyə və yardımlar ukraynalılar üçün generatorların və enerji bloklarının alınmasına yönəldiləcək.
Dəstək tədbirləri təkcə xeyriyyə aksiyası ilə məhdudlaşmayıb. Finlandiya milli komandasının Belarusla keçirdiyi oyunda (0:0) həmrəylik rəmzi olaraq azarkeşlərə 1500 ədəd günəbaxan gülü paylanılıb. FFA bu jestlə müharibədən əziyyət çəkən insanlara dəstəyini nümayiş etdirmək istədiyini açıqlayıb.
Bundan əlavə, finlandiyalı futbolçular Belarusla oyundan əvvəl isinmə hərəkətlərinə üzərində “Biz sülhün tərəfindəyik” sözləri yazılmış mavi köynəklərlə çıxıblar.