- Baxış sayı: 23
- 03 Noyabr 2026 15:50
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Belçika gənclər yığmasının cinah oyunçusu Malik Fofana karyerasını “Lion”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, 18 yaşlı futbolçu əvvəllər “Gent”də çıxış edib. “Transfermarkt”ın məlumatına görə, onun transfer məbləği 17 milyon avro olub.
Malik Fofanın Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm belçikalı “Gent”in heyətində 31 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.