Fransa çempionunun transfer planları nədir?

PSJ qış transfer pəncərəsində özünü ən azı bir futbolçu ilə gücləndirməyə çalışacaq.

Allsport.az xəbər verir ki, Presnel Kimbembe tezliklə optimal formada olarsa, klub yeni sol cinah müdafiəçisi almaq planlarından əl çəkməyə hazırdır. Qeyd olunur ki, bu halda Luka Hernandes, Nuno Mendeş sağalana qədər cinahdakı yeri tutacaq.

Paris klubu bütün diqqətini yarımmüdafiə xəttini gücləndirməyə cəmləyib və artıq namizədlərin siyahısı da hazırlanıb. Luis Enrike komandasında oyun sisteminə tez alışa bilən təcrübəli yarımmüdafiəçi görmək istəyir. Çempionlar liqasında böyük təcrübəsi olan futbolçuya üstünlük veriləcəyi də gözlənilir.

Həmin kateqoriyadan