Mənsur ATƏŞ
Fransadan-Qəbələyə və “İnter” üzərində qələbəyə doğru

Mənsur ATƏŞ | mansur-79@mail.ru

 

– Hə, necə yazmışdıq?

– Fransadan sərfəli nəticə, italyanlar üzərində qələbəyə inanaq, – demişdik və elə də oldu.

“Sent-Etyenn”lə səfər matçı – son səfər görüşü çox ağır keçdi. Qrup ikinciliyi uğrunda gedən mübarizədə “Qarabağ”ı qələbə olmazsa, yalnız qollu bərabərlik qane edirdi ki, Vüqar Nadirovun «təyyarədə unutduğu top», matçın 15-ci dəqiqəsində qapı xəttini keçərək, fransızların əsəblərini tarımına çəkdi. Fransız məşqçinin tərbiyyəsiz davranışı, ruhi durumu bir anda onunla oynamağa başlayıb əqlinə və iradəsinə təsir edincə, futbolun baş və ayaqla, hətta Maradonasayağı əllə də, deyil, tüpürcəklə oynanıldığını zənn etdi.

Firənglərin “Qarabağ” şokundan nə vaxt çıxacağı məlum deyil. Bəs, görəsən, fransızlar arasında güclü lobbiçilik işləriylə Qarabağımızı özününkü kimi təqdim edib, yalan təbliğatıyla bir xalqı aldadan ermənilər, günlərdir “Qarabağ” və  Qarabağ haqqında gerçəkləri yazan Fransa qezetlərinin onlara yaşatdığı şokdan ayılacaqlarmı?

Ağdamın, Azərbaycanın klubu “Qarabağ” Fransadan birbaş Qəbələyə gəldi. Səbəb ölkə çempionatının növbəti turunda Zaqatala təmsilçisinin qonağı olması idi. Qəbələlilər və “Qəbələ” azarkeşləri yeni futbol tariximizə yeni sətirlər yazan “Qarabağ”lıları elə bir coşquyla qarşıladılar ki, Vüqar Nadirov havada qaldığı anlarda belə bəlkə də hələ qrupdan çıxmanın xəyallarını gerçəyə çevirmək haqda düşünürdü.

Olar, inşallah!

Nadirovlar qəbələlilərin, azərbaycanlıların, futbolsevərlərimizin sevincdən alışıb yanan gözlərinin önündə əllərində pərvazlansınlar – qoy belə olsun həmişə – amma öncə qrupdan çıxmaq lazımdır və bu, Nadirovlardan asılıdır.

Qurbanovun doğru oyun seçimi, qurduğu heyət, taktiki dəyişiklikləri, komandasını, ağdımlıların olduğu qədər də qəbələlilərin, bakılılıarın, bir sözlə cümlə-Azərbaycanın komandasını qrupdan çıxarmağa qadirdir.

Qrupdan çıxma yolunda cəmi iki oyun qalıb. Eyni tarixdə, eyni saatda başlayacaq iki matçdan. Amma “Qarabağ” İtaliya “İnter”i üzərində qələbə çalacağı təqdirdə, əslində, tək oyun qrupun taleyinə aydınlıq gətirəcək. İtaliyalılarla bərabərlik təqdirində isə “Dnipro”nun fransızları qələbə sevinci ilə yanaşı, iməğlubiyyət acısını dadmağa qoymaması bizlərin tək arzusu, diləyi olacaq.

Həmin iki oyunun nəticəsi yalnız ukraynalıları, fransızları, italyanları və əlbəttə, bizləri maraqlandırmır, “F” qrupundakı son matçların hansı nəticəylə başa çatacağı dünya ermənilərinin qorxulu röyasına çevrilib və “perpendikulyar burun»un bu röyasının növbəti mərhələdə də, davam etməsi, Vüqarlarımızın ayaq və baş, nəsə əllə qoldan savayı, qalan bütün bədən hissələrinin hədəfi dəqiq nişan alan zərbələrinə bağlıdır.

Güclü italyan müdafiəsini yara biləcək hücumçulara malik “Qarabağ”, ümid edək ki, “İnter”in qapısını hədəfinə çevirə biləcək.

Həmin kateqoriyadan