Antirekordunu yeniləyib

Antirekordunu yeniləyib

“Feyenoord” UEFA çempionlar liqasının əsas mərhələsinin III turunda İspaniyada “Betis”ə 0:1 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, Rotterdam təmsilçisi bu nəticə ilə avrokuboklarda ardıcıl səkkizinci səfər məğlubiyyətini alıb.

Komanda 2008-2014-cü illərdə qeydə alınan antirekordunu yeniləyib.

Qarşılaşmanın taleyini 59-cu dəqiqədə vurulan qol həll edib. “Betis”in kapitanı İsko penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Üç turdan sonra “Feyenoord”un aktivində 3 xal var. Niderland klubu ilk turda “Barselona”ya 1:5 hesabı ilə uduzub, ikinci turda isə doğma meydanda “Komo”ya 3:2 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan