“Ən yaxşı formama qayıtmaq istəyirəm”

“Ən yaxşı formama qayıtmaq istəyirəm”

“Mançester Siti”nin futbolçusu Fil Foden çempionlar liqasında AEK-ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 5:1 hesabıyla bitən matçda üç qol vuran yarımmüdafiəçi bunları deyib:

“Ən yaxşı formama qayıtmaq istəyirəm. Bunun üçün çox çalışıram və şans düşdükcə maksimum dəyərləndirmək niyyətindədir. Düzgün istiqamətdə irəliləyirəm. Vurduğum qollar bu yolda mənə çox kömək olur. Komandama faydalı olmaq üçün əlimdən gələni edirəm”.

Foden bu mövsüm 7 oyunda 4 qol vurub.

Həmin kateqoriyadan