- Baxış sayı: 38
- 22 Oktyabr 2026 10:21
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

“Real”ın baş məşqçisi Joze Mourinyo UEFA çempionlar liqasında qələbələrin sayına görə dördüncü pilləyə yüksəlib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Madrid klubu oktyabrın 21-də liqa mərhələsinin III turunda “Leypsiq”i 4:1 hesabı ilə məğlub edib.
Bu, Mourinyonun çempionlar liqasındakı 87-ci qələbəsi olub. O, bu göstəricidə “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengeri (86 qələbə) geridə qoyub.
Turnirdə daha çox qələbə qazanan mütəxəssislər Karlo Ançelotti (124), Xosep Qvardiola (117) və Aleks Ferqyusondur (102).