- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

PSJ-nin futbolçuları Usman Dembele və Markinyos zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaqlar.
Allsport.az xəbər verir ki, Dembele sol budundan, Markinyos isə sağ budundan zədələnib.
Bundan əvvəl PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya da dizinin çarpaz bağlarının qırılması səbəbindən bir neçə ay müddətinə sıradan çıxıb.
Hər üç futbolçu UEFA çempionlar liqasının liqa mərhələsinin III turunda “Barselona” ilə keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan matçda zədələnib.