- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA çempionlar liqasının liqa mərhələsinin III turunda “Barselona” üzərində qazanılan 4:2 hesablı qələbəni dəyərləndirib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının müdafiədəki çıxışından razı qaldığını və cari mövsümdə məğlub olmayan rəqib üzərində qələbənin əhəmiyyətini vurğulayıb:
“Bu, inanılmaz rəqibə qarşı çox yüksək səviyyəli oyun idi. Müdafiə olunmaq bizim üçün çətin idi, amma əminəm ki, qələbənin açarı məhz bu oldu. Müdafiədə yaxşı işlədik. Cari mövsümdə məğlub olmayan komandanı yenməyi bacardıq. Onlar hər oyunda orta hesabla dörd qol vururdular, biz isə cəmi iki top buraxdıq”.
Baş məşqçi komandasının ikinci qolunu vuran Lukas Hernandesin çıxışını da xüsusi qiymətləndirib:
“Lukas təcrübəli, hər zaman hazır olan və böyük ambisiyalara malik futbolçudur. Oyundan əvvəl onun işinin öhdəsindən yaxşı gələcəyini bilirdik. Aqressiv oynayır, amma mənasız qayda pozuntularına yol vermir. O, dünyanın ən yaxşı futbolçularından birinə qarşı inanılmaz oyun keçirdi”.