- Baxış sayı: 28
- 22 Oktyabr 2026 22:23
- Baxış sayı: 457
- Oktyabr 21, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA çempionlar liqasının liqa mərhələsinin III turunda “Bavariya” ilə heç-heçəni (2:2) şərh edib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın yüksək səviyyədə keçdiyini və komandasının qələbə qazanmaq şansının olduğunu bildirib:
“Bu, oynadığımız ən yüksək səviyyəli matçlardan biri idi. Hər iki komanda bir-birinə pressinq etmək, hücum qurmaq və futbol oynamaq istəyirdi. Qarşılaşma çox maraqlı alındı.
Oyuna inanılmaz yaxşı başladıq və üstünlük bizdə idi. Daha sonra Bukayo Saka olmadan uyğunlaşmalı olduq. İkinci hissədə oyun daha bərabər keçdi. Onlar qollar vurdular və biz cavab verməli idik. Bunu bacardıq. Qol vurduq, hətta qələbə qazanmaq şansımız da var idi. Əsl səviyyə budur”.