- Baxış sayı: 42
- 21 Oktyabr 2026 23:42
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb.
Allsport.az xəbər verir ki, UEFA çempionlar liqasının əsas mərhələsinin III turunda “Komo” ilə qarşılaşan “qırmızı şeytanlar” matçın 2-ci dəqiqəsində qol buraxıb.
Niko Pasın vurduğu qoldan sonra ilk hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Beləliklə, “Mançester Yunayted” avrokuboklar tarixində ardıcıl iki oyunun ilk iki dəqiqəsində qol buraxan ilk İngiltərə klubu olub. Komanda əvvəlki turda “Atletiko” ilə matçın 1-ci dəqiqəsində qapısında qol görmüşdü.