“Mourinyo komandasını Arda Gülərin ətrafında qurmalıdır”

“Mourinyo komandasını Arda Gülərin ətrafında qurmalıdır”

İsveçli futbol əfsanəsi Zlatan İbrahimoviç “Real”ın yarımmüdafiəçisi Arda Gülərin “Leypsiq”lə matçdakı çıxışını yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, İbrahimoviç türkiyəli futbolçunun komandanın ən vacib oyunçusu olduğunu bildirib:

“Arda fərqlidir. “Leypsiq”lə oyunda onu izləyirəm və meydanda həqiqətən futbol oynayan yeganə şəxs odur. Fürsətlər yaradan da, rəqib üçün əsas hücum təhlükəsi olan da odur. Rəqiblərini sanki yoxmuş kimi keçir.

Başqalarının görə bilmədiyi məqamları görür. Topu hər dəfə qəbul edəndə məsuliyyəti üzərinə götürür. Bəli, komanda yoldaşları onu yarı yolda qoyur, amma bu, hazırda onların hamısından nə qədər üstün olduğunu göstərir. “Real”ın ən vacib oyunçusu odur. Həm də fərq böyükdür.

Joze Mourinyo onu sağ cinahda oynatmaqla potensialını boşa xərcləyir. Ardanı “10 nömrə” mövqeyinə qoymaq lazımdır ki, oyuna nəzarət etsin və rəqibləri darmadağın etsin. Belə futbolçular nadir hallarda yetişir. “Real” komandasını Arda Gülərin ətrafında qurmalıdır, əksinə yox”.

Həmin kateqoriyadan