“Karyeram ərzində qarşılaşdığım ən yaxşı oyunçulardan biri idi”

“Karyeram ərzində qarşılaşdığım ən yaxşı oyunçulardan biri idi”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik çempionlar liqasında “Komo” ilə oyun öncəsi komandasının çıxışı və rəqib klubun çalışdırıcısı Sesk Fabreqas haqqında danışıb.

Allsport.az xəbər verir ki, mütəxəssis komandasının çıxışını dəyərləndirərək bəzi oyunlarda yaxşı təsir bağışladıqlarını, lakin daha da inkişaf etməli olduqlarını bildirib:

“Yaxşı oyunlarımız da olub, daha yaxşı çıxış edə biləcəyimiz və inkişaf etməli olduğumuz matçlar da. Səhvlərə yol vermişik. Bu, futboldur və məhz belə hallar bizi irəli getməyə sövq edir”.

İngiltərəli mütəxəssis “Komo”nun baş məşqçisi Ses Fabreqas haqqında da müsbət fikirlər səsləndirib:

“Sesin burada gördüyü işə, bu futbol klubuna və komandanın uğurlu çıxışına böyük hörmətlə yanaşıram. Komandanın oyun tərzindən görünür ki, onun çox yaxşı ideyaları var və o, həqiqətən güclü kollektiv yaradıb. Ona böyük hörmətim var. Fabreqas fantastik futbolçu olub, karyeram ərzində qarşılaşdığım ən yaxşı oyunçulardan biri idi”.

Həmin kateqoriyadan