- Baxış sayı: 137
- 01 May 2026 12:03
- Baxış sayı: 160
- May 08, 2026
- 0
Bu gün futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin bir neçə oyunu keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri – Ufuq Budaq, Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geydiyi “Qaziantəp BB” doğma meydanda üçüncü liqa təmsilçisi “Tuzluspor”la qarşılaşıb.
Oyun futbolçularımızın komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavadovla Hacıyev oyuna start heyətdə başlayıb, lakin sonuncu yalnız bir hissə meydanda olub. Ufuq isə, ümumiyyətlə, matçın iştirak ərizəsində yer almayıb.