- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 44
- Oktyabr 07, 2026
- 0

Cənubi Koreya hökuməti idmançılara hərbi xidmətdən azad olunma imtiyazı ilə bağlı şərtləri yenidən nəzərdən keçirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, buna səbəb Asiya oyunlarının finalında Yaponiya üzərində qazanılan qələbədən sonra milli komandanın futbolçularının nümayiş etdirdiyi qalmaqallı davranış olub.
Yığmanın kapitanı Li Gi Hyok və daha iki futbolçu hərbi çağırışdan yayınmalarını coşqu ilə qeyd etdiklərinə görə vətənlərində kəskin tənqid olunublar.
Li qızıl medalı qaldıraraq təntənəli şəkildə “artıq orduya getmirəm” deyərək cəmiyyətdə böyük narazılığa səbəb olub. Oyunçunun sonradan üzr istəməsinə baxmayaraq, insident hökumət səviyyəsində reaksiya doğurub. Mədəniyyət, idman və turizm naziri Çxve Hvi-yonq futbolçunun sözlərini qeyri-peşəkar adlandıraraq 50 ildir qüvvədə olan sistemin ixtisar edilməsinin vacib olduğunu bildirib.
Mövcud qanunvericiliyə əsasən, Cənubi Koreyada 28 yaşına çatmamış bütün kişilər 18 aydan 21 aya qədər müddətdə məcburi hərbi xidmətə cəlb olunmalıdırlar. Olimpiya mükafatçıları və Asiya oyunlarının çempionları isə yalnız təqribən bir aylıq təməl hərbi təlimlə kifayətlənirlər.