- Baxış sayı: 61
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 273
- Noyabr 09, 2026
- 0

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi I MDB oyunlarında növbəti matçını keçirib.
Allsport.az xəbər verir ki, B qrupunda yer alan kollektiv ikinci sınağında Qırğızıstan seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində Məhəmməd Abbasov 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.
Bu məğlubiyyətdən sonra qrupu sonuncu pillədə başa vuran Azərbaycan millisi sentyabrın 10-da 5-ci yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, yığma qrupdakı ilk görüşündə Belarusa 0:6 hesabı ilə uduzub.