- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi I MDB oyunlarında çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 5-ci yer uğrunda oyunda Moldova ilə qarşılaşıb. Rəqibinə 10:5 hesabı ilə qalib gələn yığma yekunda 5-ci olub.
Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurublar.