- Baxış sayı: 52
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz” dünən məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” premyer liqasının 17-ci turunda “Qarabağ”la səfər oyununa hazırlaşır.
Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq. Heyətdə zədəli futbolçu yoxdur.