Gəncə klubu “Səbail”lə ev oyununa paytaxtda hazırlaşır

Premyer liqasının 18-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” klubu bərpanın (sauna, baseyn, massaj) ardından, bu gün məşqlərə start verib. Allsport.az saytı xəbər verir ki, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub.

“Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı olimpiya stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub.

“Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda cıxacaq.

Həmin kateqoriyadan