Gəncə klubu “Sumqayıt”la görüşdə 3 legionçusundan yararlana bilməyəcək

Topaz premyer liqasının 26-cı turunda “Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün komanda son məşqlə çalışmaları başa vurub.

Oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun formada çalışıblar. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Diqeo Souza və Şadon Vinçester sabahkı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər.

Həmin kateqoriyadan