Gəncə şəhər stadionunda son vəziyyət

AFFA-nın vəsaiti hesabına Gəncə şəhər stadionunun əsas meydançasında təmir işləri və ot örtüyünün dəyişdirilməsi davam edir. Allsport.az saytı xəbər verir ki, “Kəpəz”in müşahidə şurasının sədri Elmir Vəliyev bu idman qurğusuna baş çəkib.

O, stadionun əsas meydançasında görülən işlərlə yerində tanış olub. Klubun icraçı direktoru Cabir İbrahimov aparılan işlərlə bağlı Elmir Vəliyevə məlumat verib.

“Kəpəz”in rəhbəri stadionun ərazisində yardımçı meydançaya süni qazonun salınması və bazada təmir işlərinin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Həmin kateqoriyadan