- Baxış sayı: 39
- 01 May 2024 20:23
- Baxış sayı: 49
- May 01, 2024
- 0
Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi davam edir. Allsport.az saytı xəbər verir ki, ot örtüyünün oktyabrda hazır vəziyyətə gətirilməsi üçün işlər sürətləndirilib.
Zəminin inkişaf planına uyğun olaraq qum, gübrə və dərmanlar verilir, həşəratlara və xəstəliklərə qarşı profilaktik tədbirlər görülür.
Ot örtüyünə texniki işçilər tərəfindən gündəlik qulluq edilir, vəziyyət mütəxəssislərin diqqətində saxlanılır. Meydança vaxtında suvarılır, otun inkişafı üçün əsaslı işlər görülür, biçin aparılır.