Gənc boksçular Ərzurumda təlim-məşq keçəcək

Gənc boksçulardan ibarət Azərbaycan millisi Avropa birinciliyinə hazırlıq məqsədilə martın 7-də Bakıda start götürən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, bu gün paytaxtda son məşqinə çıxan komandamız, hazırlığı Türkiyənin Ərzurum şəhərində yekunlaşdıracaq.

Boksçular səfərə aprelin 2-də yollanacaqlar. Qardaş ölkədə yerlilərlə toplanışı keçəcək və bu, ayın 10-dək davam edəcək. Aprelin 11-də komandamız Türkiyədən qitə birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək.

Həmin kateqoriyadan