Gənc boksçular arasında ölkə birinciliyinin qalibləri

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, 48 komandanın heyətində 147 idmançının yarışdığı 10 çəki dərəcəsində çempion və medalçılar müəyyənləşib.

Nicat Hüseynov (49 kq, “Təhsil” RİM), Ruslan Qədirov (52 kq, “Abşeron” İK), Əli İsgəndərov (56 kq, “Neftçi” İK), İlqar Salahov (60 kq, “Qəbələ” İK), Elmir Novruzov (64 kq, “Təhsil” RİM, DİN İK), İsa Novruzlu (69 kq, ROİL), Eldar Babayev (75 kq, “Təhsil” RİM, DİN İK), Murad Allahverdiyev (81 kq, DİN İK), Əsəd Baxışov (91 kq, “Təhsil” RİM, DİN İK), Əhməd Əhmədov (90 kiloqramdan yuxarı, MOİK) birinciliyin qalibi olublar.

Komanda hesabında turnirin qalibi adını “Təhsil” respublika idman mərkəzi qazanıb. 2-cu pillədə DİN idman klubu qərarlaşıb. 3-cü yeri “Neftçi” idman klubu tutub.

DİN idman klubunun üzvü Murad Allahverdiyev (81 kq) birinciliyin ən texnikalı boksçusu elan olunub. Fikrət Hacıyev isə ən yaxşı hakim nominasiyasında mükafatlandırılıb.

Həmin kateqoriyadan