Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq

Bu gün gənc boksçuların Azərbaycan birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə aparacaq.

10 çəki dərəcəsi üzrə baş tutacaq birincilik Boks Mərkəzində təşkil olunacaq. Qalib adı uğrunda 140 idmançı qüvvəsini sınayacaq.

Döyüşlər hər gün saat 14:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 19-na təsadüf edəcək.

Həmin kateqoriyadan