- Baxış sayı: 73
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bolqarıstan paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyində final döyüşlərinə start verilib. Allsport.az saytı xəbər verir ki, Kənan Babayev (48 kq) həlledici görüşdə polşalı Nikolas Marsel Pavlikə qalib gəlib – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).
Azərbaycan millisi 40 ölkədən 400 idmançının atıldığı qitə birinciliyini 1 qızıl və 1 bürünc medalla başa vurub. Öncə Amin Məmmədzadə (51 kq) 3-cü yeri tutub.