Gənclər və idman nazirliyinin rəhbərliyi ümummilli liderin məzarını ziyarət edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə gənclər və idman nazirliyinin rəhbərliyi və kollektivi, milli olimpiya komitəsi və digər idman qurumlarının məsul şəxsləri fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Allsport.az xəbər verir ki, ölkəmizdə səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev də fəxri xiyabanı ziyarət edənlər arasında olub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Həmin kateqoriyadan