Georgi Navalovski: Əhval-ruhiyyəmiz çox yaxşıdır

“Neftçi” klubu Antalyada qış hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamızın gürcü futbolçusu Georgi Navalovski “Neftçi” TV-yə açıqlama verib:

“Təlim-məşq toplanışı normal keçir. Əhval-ruhiyyəmiz çox yaxşıdır. Biz, demək olar ki, vahid mehriban komandayıq. Hiss olunur ki, bir ailəyik. Məqsədimiz budur ki, çempionat başlayanadək hazır olaq. Komandanın qarşıya qoyulan məqsədə çatması və buna birlikdə nail olmağımız üçün hər şey etmək istəyirəm.

Əgər yaxşı hazırlaşıb, öz işimizin öhdəsindən yaxşı gəlsək, hər şey edə bilərik. “Neftçi” azarkeşlərinə demək istəyirəm ki, əsas odur ki, onlar bizə inansınlar. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan