GİN-in kollegiya iclası

Martın 14-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Allsport.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

2024-cü ilin təqvim planı, idman növləri üzrə yığma komandalar, məşqçi və idmançı heyətlərinin siyahısına stronqmen idman növü üzrə əlavələrin edilməsi müzakirə olunaraq səsvermə ilə qəbul edilib. İclasda həmçinin “Şahin” hərbi-idman oyunu ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İclasın sonunda gənclər və idman naziri Fərid Qayıbov “İdman həftəsi” çərçivəsində keçirilən tədbirlərin təşkilindəki xidmətlərinə görə regional gənclər və idman idarələrinin rəislərinə təşəkkürnamə təqdim edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, nazirlər kabinetinin 12 mart 2024-cü il tarixli, 132 nömrəli qərarı ilə kollegiya üzvü statusu qazanmış regional gənclər və idman idarələrinin rəisləri də iclasda ilk dəfə iştirak ediblər.

Həmin kateqoriyadan