Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BŞGİBİ) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güllə atıcılığı üzrə paytaxt çempionatı keçirilib. Allsport.az xəbər verir ki, turnirdə 34 idmançı iştirak edib.

Qızların yarışında PT-3 hərəkəti üzrə Rübabə Quluzadə, PTÇ-2 və KÇTÇ hərəkətləri üzrə isə Nigar Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanların mübarizəsində PT-4 hərəkəti üzrə Əliməmməd Hüseynov, PTÇ-3 və KÇTÇ-4 hərəkətləri üzrə Ruslan Lunyov birinci olublar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan