- Baxış sayı: 39
- 25 Oktyabr 2026 15:04
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

“Barselona” çempionlar liqasının əsas mərhələsinin I turunda “Feyenoord”u məğlub edib – 5:1.
Allsport.az xəbər verir ki, kataloniyalıların heyətində Rafinya dubl edib. O, turnirdə vurduğu qolların sayını 21-ə çatdırıb.
Rafinya bu göstəricidə “Barselona”nın sabiq futbolçusu Neymara çatıb. Hər iki oyunçu ÇL-də 21 qola imza atıb.
“Barselona”nın çempionlar liqasındakı bombardiri 120 qolla argentinalı hücumçu Lionel Messidir.