“Həm fiziki, həm də psixoloji bərpam başladı”

“Çelsi”nin kapitanı Ris Ceyms bud nahiyəsindən aldığı zədədən sonra əməliyyat olunub.

Allsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi premyer liqanın 16-cı turunun “Everton”la oyununda (0:2) xəarət alıb. O, bununla bağlı özü açıqlama verib:

“Bu gün əməliyyat olundum. Həm fiziki, həm də psixoloji bərpam başladı. Bu zədədən sonra dəstəkdən çox özümə qarşı nifrət və mənfilik gördüm. İnanın, heç kimi incitmək istəmirəm. Bütün çətinliklərə baxmayaraq, məni dəstəkləyən anlayışlı insanlara təşəkkür edirəm, bu çox vacibdir”.

Həmin kateqoriyadan