“Hər iki yanaşma işləyir və nəticə verir”

“Hər iki yanaşma işləyir və nəticə verir”

“Barselona”nın hücumçusu Qabriel Jezus Xosep Qvardiola və Hansi Flikin məşqçilik metodları arasındakı fərqlərdən danışıb.

Allsport.az xəbər verir ki, ötən yay “Arsenal”dan İspaniya təmsilçisinə keçən braziliyalı futbolçu hər iki mütəxəssisin fərqli oyun fəlsəfəsinə sahib olduğunu bildirib:

“Qvardiola taktikaya daha çox diqqət yetirirdi. Onun oyun planı müdafiədən qısa ötürmələrlə hücum qurmağa əsaslanırdı. Bu isə İngiltərə premyer liqasında o qədər də geniş yayılmış üsul deyildi.

Flikin rəhbərliyi altında isə özün kimi olmalı, lazım gəldikdə sadə oynamalı, daha çox qaçmalı, pressinq etməli və komandaya kömək göstərməlisən. Hər iki yanaşma işləyir və nəticə verir”.

29 yaşlı hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Həmin kateqoriyadan