“Hər kəsə qorxu yaşadan möhtəşəm “Milan” nə vaxt geri qayıdacaq?”

“Hər kəsə qorxu yaşadan möhtəşəm “Milan” nə vaxt geri qayıdacaq?”

“Milan”ın sabiq futbolçusu Rud Qullit komandanın baş məşqçisi Ruben Amorimin fəaliyyətini dəyərləndirib.

Allsport.az xəbər verir ki, niderlandlı keçmiş futbolçu klubun hazırkı vəziyyəti barəsində fikirlərini bildirib:

“Avropanın hər kəsə qorxu yaşadan möhtəşəm “Milan”ı nə vaxt geri qayıdacaq? Luka Modriçlə uğur qazana biləcəklər?

Ruben Amorim “Mançester Yunayted”də özünü yaxşı göstərdi və “Milan”da da yaxşı işləyir. Amma klub hazırda keçid dövrünü yaşayır. Belə vəziyyətdən çıxmağın yeganə yolu daha fərqli və yaradıcı hərəkət etməkdir.

Premyer liqada pul çoxdur, amma orada həmişə İngiltərənin ən yaxşı futbolçuları oynamır. Orada ən çox qazanırlar, ancaq bu, ən yaxşı futbolçuların həmin çempionatda çıxış etdiyi anlamına gəlmir. Premyer liqadakı bəzi futbolçulara baxıb düşünürəm: “Sənə orada oynamaq və belə böyük pullar qazanmaq nəsib olub. Uğurlar”.

Həmin kateqoriyadan