Hansı cəmiyyət “Bakı”nın bazasını Hafiz Məmmədovun əlindən almaq istəyir?

“Delfin” MMC “Bakı” futbol klubu məhkəməyə verib. Allsport.az saytı xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bu cəmiyyət, “zolaqlılar”ı xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.

Prosesi zamanı qarşı tərəfdən “pulun tutulması” barədə iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, digəri rədd olunub. Report.az-ın məlimatına görə, məhkəmə qərarından narazı qalan “Bakı”nın rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, tanınmış iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” klubu Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda 2 dəfə ölkə çempionu, 3 dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunur.

Həmin kateqoriyadan