- Baxış sayı: 44
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo karyerası ərzində hakimlərlə bağlı yaşadığı problemlərdən danışıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hakimlərlə bağlı qalmaqalların onun çalışdığı klublarda tez-tez baş verdiyini vurğulayıb:
“Hakimlər? Problemin məndə olduğunu düşünmürəm. Sadəcə, müəyyən klublara gəldiyim vaxt baxımından bəxtim gətirmir.
Burada, “Real”da Neqreyra işi ilə bağlı mühüm illəri yaşamışam. O vaxt heç kim bundan xəbərdar deyildi. Amma biz həmin dövrü yaşadıq və bunun əziyyətini çəkdik. İndi isə hər şey məlumdur.
Daha sonra Türkiyədə böyük qalmaqal baş verdi. Mən tez-tez belə vəziyyətlərlə qarşılaşıram”.
2023-cü ildə “Barselona” və klub rəhbərliyinə İspaniya kral futbol federasiyasının hakimlər texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamları irəli sürülüb. İş üzrə məhkəmə araşdırması davam edir.