- Baxış sayı: 33
- 02 Sentyabr 2026 23:58
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Beynəlxalq konkisürmə ittifaqının (İSU) fəxri vitse-prezidenti Aleksandr Lakernik rusiyalı fiqurlu konkisürən Mark Kondratyukun neytral statusunun müvəqqəti ləğv edilməsinə münasibət bildirib.
Allsport.az xəbər verir ki, daha əvvəl Ukrayna fiqurlu konkisürmə federasiyası Kondratyukun və digər rusiyalı idmançıların yarışlarda iştirakına qarşı çıxıb.
Federasiya müraciətində onların beynəlxalq sanksiya siyahılarında yer alan Rusiya qurumları və şəxsləri ilə əlaqələrinin olduğunu bildirib.
Bundan sonra İSU Mark Kondratyukun neytral statusunu müvəqqəti olaraq geri alıb. Onun əvəzinə Yaponiyada keçiriləcək “Kinoshita qrup kuboku” turnirində Vladislav Dikidji iştirak edəcək.
Lakernik qərarın səbəbi ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib:
“Bəzi söz-söhbətlər eşitmişəm, amma Kondratyukun niyə dəyişdirildiyini bilmirəm. Mənə onun neytral statusunun geri alındığını deyiblər. Lakin bunun səbəbi barədə heç nə deyə bilmərəm. Neytral statusun hansı səbəbdən verildiyini və ya geri alındığını anlamaq çox çətindir. Heç nə dəqiq izah olunmur”.
O, Ukrayna federasiyasının müraciəti ilə Kondratyukun statusunun ləğvi arasında birbaşa əlaqənin olduğuna inanmadığını da əlavə edib.