İbrahim Şehiç: “Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç geridə qalan istirahət müddətindən danışıb. Allsport.az saytı xəbər verir ki, qolkiper klubumun rəsmi saytına açıqlamasında bu mövsüm hədəflərindən söz açıb:

“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz -legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü.

Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.

Həmin kateqoriyadan