İbrahimoviç geri dönür

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç yenidən kluba qayıda bilər.

Allsport.az xəbər verir ki, “Atalanta” ilə görüşdəki məğlubiyyət (2:3) “rossoneri”nin cari mövsümdə çempionluq şansına xeyli təsir edib. Milan klubu çempionlar liqasında da qrup mərhələsini keçməyə bilər. Bu səbəblərə görə komandanın baş məşqçisi Stefano Pioli istefaya göndərilə bilər.

Bu baş verərsə, “Milan” Zlatan İbrahimoviçi müvəqqəti baş məşqçi təyin etmək niyyətindədir. Ona köməkçi kimi isə klubun keçmiş müdafiəçisi, hazırda gənclər komandasına rəhbərlik edən İqnazio Abate seçiləcək.

Həmin kateqoriyadan